Kəramət : - (SOYUDUCU DÖVRÜ BİTDİ)

(SOYUDUCU DÖVRÜ BİTDİ)
ADAMLAR BİRİ-BİRİNİ
o qədər geyinib-soyunmuşdu ki
əyni yalın qalmışdı hamının
son nəfəslərinin hənirlərinə
isinirdiər
asılqandan eyni arzuları, ümidləri
götürüb geyirdilər 19 ildi
arzular ARZU olmaqdan çıxmışdı.
ASILQAN ADANLAR PALTAR GƏZDİRİR-
(şairlər eyni şeirləri yazır
nazirlər rüşvətlə
siyasilər eyni yalanla kiflənmişdi)
Ağaclar barmağı ucuna qalxıb
qışda qar
yazda çiçək gözləməkdən usanmış.
Nimdaş adamları külək gəzdirir
boş sellofonlarla birgə
dünyanın anbarı boşalmış
adamlardan adamlara yollar bağlı
hamı satırdı
ərzağa həsrət qalan
bomboş soyuducunu.
Alim düşünürdü
--Soyuducu dövrü də bitdi.