Kəramət : - OLqu-  VAR  olan

YAZARLAR 09:28 / 19.06.2024 Baxış sayı: 2072

 

ALqı-OLmayan, QURAŞDIRIlan

...qorxular qorxuları bəsləyib. Biri-biri haqqında OLan-VAR bilinən yaradılıb,Tanrılar-Tanrıçalar, Allahlar (Dəniz Allahı, Yağış Allahı, Eşq və s. ...məsələn)...düşünürəm...

ÖNCƏ ALLAHLAR BİRİ-BİRİNİ ÖLDÜRDÜ VƏ TƏKALLAHLILIQ YARADILDI. Əslində, zaman keçdikcə alqı olqunun yerini tuturr.

Bizə qədər bizə əzbərlədilən, öyrədilən OLqudu, mənim nəzərimcə, nə zamansa, bizdə formalaşdırılan, beynimizə yeridilən ALqıdı: mağara-qəbilə-tayfa pıçıltıları, ağız ədəbiyyatıyla, daha sonra şaiyələr, dedi-qodular, Səmavi kitabların hökmü ....və s...təbliğat-təşviqat , siyasi-ideoloji aparatlar, vasitələr dəyişgəndi...hələ verilən mükafatlar da eyni işə xidmət edir.

Belə olan halda, OLan-VARolan-ƏSİL nə zamansa yaradılan ALqının-təbliğatın nəticəsisə,, bizə impozə edilənsə, formalaşdırılan obraz-əsərsə, illuziyasa...onda bütün görüntülər, rəngllərqarışıq əks-effekt, qarşılıqlı enerji effekti, əks-səda kimi qavranıla bilər.

Hardan baxmağınla və necə görməyinlə bağlı məsələ.

Belədə ALqıyla OLqi iç-içə keçmiş, DİR...

Bu fikirdən çıxış etsək:

OLAN-VARLIQ YOXDUR, BİZDƏ YARADILAN İLLUZİYADIR.

...davam etməyi davam etmirəm...deyəsən çox dərinə getdi söhbət, əlbəttə, mənim üçün....

Öyrənməyə davam edib sözü də belə araşdırmalara ömrünü həsr edən mütəxəssislərə verək.

Sən də ki...mənə alqı operasiyasının bir parçası olma, önyarğıyla yanaşma, Nazim Hikmət demiş-

-MƏNİ KİMSƏDƏN SORMA, YANILARSAN,

bir də məni məndən sor