Kəramət : -  MƏZARIN DA VƏTƏNİNƏ DAR GƏLİR

Ədəbiyyat 21:07 / 31.01.2023 Baxış sayı: 1001

 

(ÇİLAYİ-VƏTƏN OLMUŞ BÜTÜN FİKİR, RUH DAŞIYICILARINA)

 

Sərhədlərin buz nəfəsi üzündə

"Onda gördün buram-buram qar gəlir"

Hara getsən qaçamazsan izindən

Şər qarışıb, gözlərinə tor gəlir.

 

A didərgin, fikri- ruhu qovulmuş

Üz-gözündə təbəssümü sovrulmuş

Hər şey keçmiş..ya "..mış" olmuş, ya da "..mUş"

Xatirələr qoşun-qoşun, gur gəlir

 

Hər bir kəsin ömrü ona vətəndi

Ögey ANA olmayaydı Vətən də

A pir olmuş, hər tərəfin vətəndi

Məzarın da vətəninə dar gəlir.