Kəramət : -   HƏ..HƏ...BU VAQİF YUSİFLİDİ

YAZARLAR 07:05 / 21.04.2024 Baxış sayı: 1078

HƏ..HƏ...BU VAQİF YUSİFLİDİ

...ədəbiyyatın qaynar günlərində, müzakirənin, tənqidin-təhllilin azadlığında tanıdım mən onu..."ROMAN..."haqqındaydı , tarixdən bu günə və həmin illərin "Azərbaycan" jurnalında gördüm, tanıdım və sevib dəyərləndirdim.

Onda "Azərbaycan" jurnalının baş redaktoru ƏKRƏM ƏYLİSLİYDİ VƏ BU JURNALIN müasir Azərbaycan ədəbiyyatına təsiri danılmazdı; Necə deyərlər, "iGİDİ ÖLDÜR, AMMA HAQQINI TƏSLİM ET". (Mənim şeirlərim Dilsuz tərəfindən bəyənilib şöbə müdiri Fikrət Qoca Tərəfindən Əkrəm Əylisliyə təqdim olunuban itsə, itirilsə də...)..

...Həqiqət mənim haqqımdan böyükdür....

Aydın Məmmədovun, Nadir Cabbarlının, Vaqif Yusiflinin, Rəhim Əliyevin, Mürşüd Məmmədlinin,....unutduqlarımdan üzrlər diləyirəm...cəsarətli çıxışları ədəniyyatımızın diriliyini-canlılığını ifadə edirdi. Olsun ki, zaman eləydi.

Qarışqa zəhmətiylə, Sizif inadıyla bağlıdı Vaqif Yusifli ədəbiyyata. Az qala..əyər-əsgiyilə, layiqi-layiqsiziylə bütün imzaları belə əhatə etmək cəhdləri, yazıları var. Məncə, ədəbiyyatımızda Vaqif Yusifli qələminin yadından çıxan tək-tək adam olar.

Həmişə axtarış, öyrənmək, özünü yeniləmək elmi-bədi yaradıcılığın vazkeçilməzidi...məşğul olduğu sahəyə HAKİMDİ-bu böyük keyfiyyətdi, elmdə də, bədiyyatda da, əslindı, hər sahədə.

İndi müzakirə mühiti bilərək, düşünülərək öldürülüb; Müzakirə sual vermək, fikir bölüşməkdi, ədəbi diktatura bunları sevməz, axı , o, MÜTLƏQdi..yəni xəstədi.

Çoxyönlü araşdırmaya tabe tutula bilər Vaqif Yusiflinin elmi yaradıcılığı.

ONUN İMZASI PARLAQ ŞƏKİLDƏ GÖRÜNÜR İMZALAR İÇİNDƏ VƏ PIÇILDAYIRSAN Kİ, BU , VAQİF YUSİFLİDİR!

Bir 1 nəfər şəkili ola bilər