Kəramət : - HAMİLƏ VAXTIN SANCILARI..

YAZARLAR, Gündəm 16:39 / 19.03.2023 Baxış sayı: 2164

...Cənab şarlatanlar

Pafos -patetika tribunaya oynamaqdı, diktatorial düşüncənin kütləyə xitabının bədii təzahürüdür. Bu şair-yazıçıları da rejim yetişdirir, bəsləyir. O səbəbdən Zəlimxan Yaqubla Ramiz Rövşən arasında fərq olmadığını söyləyəndə Şərif Ağayar (Kulisdəki söhbətimizdə) təəccüblə qarşıladı və mən də hər ikisinin hədəfi eynidir məlalında şəklində cavabladım. Ədəbiyyatın şəkli-intonasiya-janrının aktivliyi də vaxtla bağlıdı.

Qəzəl de ki məşhuri-dövran ola

Oxumaq da , yazmaq da asan ola

- deyən Füzuli şeirin zaman şəklini işarə edirdi. Amma illər keçəçək "nağıl danışma", "qəzəl oxuma" mötəbər cavabını da möhtərəm zaman verəcəkdi.

...işğalın da zamanına görə şəkli, həyati tələbi var. kimsə Məkkəyə belə eşşəklə, dəvəylə, atla getmir. Ərazi işğalı vaxtı zorlamaqdı və bu səbəbdən qarşılıq tapmır, heç bir haqlı gərəkçəsi ola bilməz. Əvəzində beyin mərkəzləri, intellektual cazibə coğrafiyaları, texnoloji yayılmalar, "marka-model"lə başqa əraziləri "zəbt eləmək" etiraz doğurmur.

Məni ən çox düşündürən bizim yazıçıların quzu səssizliyi, quyruq bulaması, etirazın mızıltısı oldu. Və nədən zir-zibil, maqazin ədəbiyyatı bu qədər "şan-.şöhrət" qazanıb?-sualı da özü-özünü cavabladı. Əgər bir cəmiyyətin vicdanı sayılan SƏNƏTçisi ədalətsizliklə bəslənirsə, bulanıq suların daha çox bulanmsında iştirakçısa balıq başdan iylənib, deməli.

DÜNYA (ƏDƏBİ) DİKTATORLARDAN QURTULUR! Bu qədər korsunuzmu? Kimlərdi məlum, kimlər SÖZ TULASI ..o da məlum..Qarşısıalınmaz prosesdi, kimisə öldürməklə, evsiz-eşiksiz qoymaqla, tulalara 3-5 ev verməklə, haqsızlığa meydan verməklə anormalılığı normalmış kimi yedirməklə heç nəyə nail olmayacaqsınız., cənab şarlatanlar.

(bir az uzunçuluq olacaqdı deyı "Ədəbi narkomanlar və ədəbi Narkobaronlar"ı saxladım sonraya)