Kəramət : - Adsız şeir

xxx
qanlı əllərinlə
gözlərinin yaşını silirsən
zamanın bir eskalatoruyla gedir
yanaşı bir eskalatorda gülə-gülə gəlirsən
arada neytral zona var
72 dildə nə anlatsan, anlamam
amma bir qıyqacı baxışının üstüylə
yüyürüb çatdım sənə
və səndə qaldım, öldüm
səndən ayrılıb gedən biri vardı
O, mən deyildim.