İdarəetməni itirən sürücü dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO

KRİMİNAL 12:50 / 22.05.2023 Baxış sayı: 1924

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Yenises.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Mercedes-Benz” markalı avtomobil əvvəlcə yol kənarında dayanan KIA markalı nəqliyyat vasitəsinə, daha sonra isə “Hyundai”, “Chevrolet” və “Toyota Prius” markalı minik avtomobillərinə çırpılıb.

Xəsarət alanlarla bağlı hər hansı bir məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik: