Firudin Ağazadə : - "Tərcünə etüdləri"ndən

90-cı illərdə, yadınızda olar, həyat çox ağır idi, ailələrin diribaşlısı “tolkuçka”larda müşküllərinə cavab axtarırdı... təfsilat qalsın. Azərtacda işləsəm də, işimiz hələ yoluna düşməmişdi. Mən də tərcümə axtarırdım o illərdə. Dedilər ki, Səməd Seyidovda (indi Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri) tərcümələr olur, kim bacarırsa, gedib alsın, tərcümə eləsin, pul da... az-çox olur. Səməd müəllim Xarici Dillər İnstitutunda, deyəsən, prorektor idi. Tanımırdım... Məqsədimi dedim, sakitcə durdu, rəflərin birindən bir dəstə kağız götürdü, arasından üç-dörd səhifə ayırıb stolun üstünə qoydu. “Sınaq üçün bunları tərcümə eləyin” - dedi.” Sonra baxarıq...”
Mən səhifələri gözdən keçirəndə hiss etdim ki, Sankt-Peterburq Dövlət Universitetinin məzunu... eynəyinin altından baxıb gülümsünür...
Oxudum: “...Quyuların maili kəsimi, quyular arasında olan qruntların massivinin geoloji quruluşu ... boyuna kəsiyin formasına görə – prizma şəkilli, silindrik, maili yan tillər... işlək quyuların azdebitliliyi...” və s. Dedim, Səməd müəllim, bunlardan nöyüt iyi gəlir, mənlik döy...
p.s. A kişi, mən bir-iki roman tərcümə etmişəm... xeyli ictimai-siyası mətnlər... Bu nə? Durub çıxdım...