Əşrəf Veysəlli - SƏN QARA KEŞİŞ OL…

Ədəbiyyat 14:25 / 17.11.2025 Baxış sayı: 901

 

Gedərəm bir ulu istəyə doğru,

Ölərəm, bu yoldan geri dönmərəm.

Gəl məni qorxutma, a zalım oğlu,

Sən Qara Keşiş ol,

mən Yanıq Kərəm.

 

Saxla istəyimi qəfəsdə, saxla,

Qoyma Xan Əslimin boyunu görəm.

Tikanlı sədd olub, yolumu bağla,

Sən Qara Keşiş ol,

mən Yanıq Kərəm.

 

Necə ki, çarpışır qaranlıqla nur,

Necə ki döyüşür sevinc ilə qəm,

Mən dostluq qalası tikim, sən uçur,

Sən Qara Keşiş ol,

mən Yanıq Kərəm.

 

Köksümün altında bir ülvi istək,

Nə məndə dönmək var,

nə səndə Kərəm

Görək taleimiz nə göstərəcək,

Sən Qara Keşiş ol,

mən Yanıq Kərəm!..

1989 cu il.