Əşrəf  Veysəlli : - İŞIQlI ÜMİDLƏR

Ədəbiyyat 15:47 / 23.03.2025 Baxış sayı: 894

 

İşıqlı ümidlər başımı qatar,

Mənim gələcəyə inamım artar.

Nə könlüm dincələr , nə gözüm yatar

Sən bizim küçədən keçəndən bəri.

 

Dağa duman çöküb, yola çən düşüb,

Bəlkə də bir yersiz sözümdən düşüb …

Eh, bütün gözəllər gözümdən düşüb

Mən səni bəyənib seşəndən bəri.

 

Hicran çəpərindən aşa bilmədik,

Vüsal şərbətindən içə bilmədik.

Biz çox qanadlandıq, uça bilmədik,

Niyə görünmürsən heç ondan bəri?!

 

Yenə üfüqlərdən asıl, günəşim,

Qanlı tarixlərə yazıl, güəşim!

O taylı bəxtimin qızıl günəşi,

Boyunu görmürəm haçandan bəri.

 

İndi aramızın arası azdı,

İndi aramızda təkcə Arazdır.

Arazı kələklə, Arazı azdır,

Arazı dilə tut,keç ondan bəri.