Ermənistan Türkiyə ilə danışıqlar aparır - Paşinyan
Ermənistan Türkiyə ilə danışıqlar aparır.
Yenises.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində deyib.
Baş nazir qeyd edib ki, diplomatik münasibətlərin qurulması baxımından heç bir uğur əldə olunmayıb:
"Buna baxmayaraq, indiyədək heç vaxt bu qədər fəal şəkildə dialoq aparmamışdıq. Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırması Cənubi Qafqazda dinc, inkişaf edən mühitin strateji baxışı üçün ən vacib amildir.
Ümidvaram ki, üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi yaxın vaxtlarda müsbət həllini tapacaq. Bu, çox simvolik addım olacaq".
"Ermənistan Respublikası və şəxsən mən bu məqsədə nail olmaq üçün lazımi məsuliyyəti daşımağa hazıram", - Paşinyan əlavə edib.