Elnur Uğur-İndi alverlərin rəngi dəyişib
Ədəbiyyat
09:29 / 04.09.2026
Baxış sayı: 1059
İndi alverlərin rəngi dəyişib,
Adam adət edib adam satmağa.
Adamlar o qədər şeytanlaşıb ki,
Şeytan adam tapmır başın qatmağa!
İndi andların da a-sı yalandır,
N-sını aramaq heç yada düşmür.
Daha sübhümüzlə dan yerində də,
Ay sağollaşır e, Günəş görüşmür.
Qaraltdı göyləri yerlərin ahı,
Adamlar adamı saldıqca gözdən.
Görək Tanrı nə vaxt üz döndərəcək,
Bizim üzüdönük bu üzümüzdən