Əlizadə Nuri - Nə yaxşı o göylər çox hündürdədi
Ədəbiyyat
08:54 / 04.09.2026
Baxış sayı: 1126
Rastına çıxmayan o xoş günlərin,
Yel olub yanından əsə bilirsən.
Yaxşı ki, o göylər çox hündürdədi-
Başını dik tutub gəzə bilirsən.
Əgər çəkə bilsən- avar dünyadı,
Sənə kim demişdi hamar dünyadı?
Sənin qolundakı damar dünyadı-
Kəsmək istəyəndə kəsə bilirsən.
Ömür bir çuxurdu- yığılır yaşım...
Bu baş ağrısına qarışıb başım.
Dinə bilməsən də, ay "lal" qardaşım-
Sən də bu dünyada nəsə bilirsən...