Elnur Uğur Abdiyev :- Şəkillərdə gülən adam,

Şəkillərdə gülən adam,
İçində öldüyün bəlli!
Şəkillərdə gülən adam,
Yalandan güldüyün bəlli.
Fotoqraf aldadıb səni,
Üzündə için qırışıb.
Ütüləyə bilməyib ki,
Gülüşü- ruhun qırışın!
Şəkillərdə gülən adam,
Biz şəkil- şəkil ölürük!
Hamımız bir saxtalıqla,
Yalnız şəkildə gülürük.