Elnur  Uğur  Abdiyev - Qəm eləmə qəmin varsa

Ədəbiyyat 09:55 / 29.10.2026 Baxış sayı: 383

Qəm eləmə qəmin varsa,

Qəm aşiqə haqq ehsanı,

Eşqin nüvəsi göz yaşı,

Qabığı insan üsyanı.

 

Eşqsiz göylər dilsiz,sağır,

Yağış,dolu eşqdən yağır.

Dizimdən bir cüt göz baxır:

Qarası eşqin al qanı.

 

Taleyin öz əlindədir,

Əlin öz əməlindədir.

Dünyanın təməlindədir,

Barış,savaş ruhun canı.

 

Çalış düşmə ki, kəməndə,

Günah böyüməsin səndə.

Bütün ili söyən bəndə,

Demək qaçırıb bir anı.

 

Qəm eləmə qəm ehsandı,

Şadlıq keçici bir andı.

Ən gözəl and sevgi andı,

Atam canı,Anam canı!