Elnur Uğur Abdiyev : - HƏLƏ...

Ədəbiyyat 18:51 / 01.02.2023 Baxış sayı: 1698

Şeirin bir nəfəsi isitmədisə,

Demək yazmamısan özünü hələ.

Adını sevənlər eşitmədisə,

Yox, yox yazmamısan sözünü hələ.

Misran olmadısa əsa bir kora,

Şeirin bükülər bazarda şora.

Sözün yaşamırsa özündən sonra,

Demək deməmisən düzünü hələ.

İlahi şifrədir mətnin hər kodu,

Şifrənin baş hərfi odur, tək "o" dur.

Sinənin altında qalayıb odu,

Zaman döndərməyib üzünü hələ.