Elnur Uğur Abdiyev : - Bir vaxtlar
Üstünü ot basmış yol kimidir qəlbim
Sən gedəndən nə gedən var,nə gələn.
Əyni - başı toza bulaşmış xatirələrim
Daha çatmır köməyə.
Tərk edilmiş bir cüt əsgər çəkməsi
Bir də barmaqları parçalanmış bir cüt əlcək
Bir də daraqsız düşmən gülləsi
Bəs edir burdan nə vaxtsa kimsə keçib deməyə.
Yol gedilməyəndə
Adam sevilməyəndə
Vətən
Uğrunda can verilməyəndə ölür.
Üstünü ot basmış yollar var
Otlar çiyinlərində qaldıranda o yolların xəcalətini.
O yolların altından başqa yollar da qışqırır
Biz də bir vaxt yol idik.