Əlizadə Nuri : - Baxışların qoymur məni ölməyə...

Dünən sənin gözlərində yaş idim,
Bu gün sənin yanağından düşürəm.
Göy üzündə bir söz kimi doğuldum
İndi onun varağından düşürəm...
Göydən enib bu həyatla görüşdüm,
Gülüm, gülən gözlərində gülüşdüm.
Dünən sənin qılıncında gümüşdüm-
Bu gün sənin yarağından düşürəm...
Sükut dinsə, gərək qalmır kəlməyə,
Qorxuram ki bu yol gedə, gəlməyə.
...Baxışların qoymur məni ölməyə-
Gözlərinin qırağından düşürəm...