Əlirza HƏSRƏT - ÇİÇƏK RÖYASI
Ədəbiyyat
12:21 / 05.09.2026
Baxış sayı: 129
Dağların göz yaşı selə bax,selə,
Ahımla sığal çək pərişan telə.
Havada quş kimi uçsan da elə,
Yaxandan çəkdisə qəmin,yerdəsən.
Sən sevda arısı,könlüm pətəyin,
Çiçək röyasıdır güllü ətəyin.
Əlim pərdəsinə yatmır tütəyin,
Ay zalım,yenəmi həmən yerdəsən?
Meylimi salanı qızaran dana,
Hələ bir cüt ulduz axır yan-yana.
Gözümə dəyirsən baxsam hayana,
Az qalır deyəm ki,sən min yerdəsən.