Ağaevli Əli Hacı - Dur,öz yolunu yeri

Ədəbiyyat 08:37 / 05.09.2026 Baxış sayı: 324

Dur,öz yolunu yeri

Tanrı yola gün sərib !

Mən,bu yurdda özünə

Yol gedib azan qərib !

 

Eşq adında dinim var,

Dilini bilənəm yar !

Dağ götürən sinəm var,

Dərdimi günə sərib !

 

Olmağım-haqqın özü,

Andım bildim hər sözü !

Asıb sözündən özün,

Mən,sözü yozan qərib