Ələsgər Əlioğlu : - "ƏLİFBAM".

GÖY GÖYƏRÇİN
Göyərçinin
Göytək,
Göytək
Göydür donu.
Göyə qalxır,-
Görmək olmur
Göydə onu...
BİBƏRLİKDƏ
Bayaqdan
Bibərlikdə
Bağıran
Bu Bəndərmiş.
Bibərlikdə
Bəndəri
Bağırdan
Bir bibərmiş!
ÇİSƏKLƏDİ-ÇİÇƏKLƏDİ
Çəmənə-
Çōlə çisəklədi.
Çəmən də,
Çöl də
Çiçəkədi.
ŞƏLLİKDƏ
Şəllikdə
Şəldən
Şələ
Şələlədi
Şahmalı.
Şəllikdə
Şiltim-şiltim
Şiltimləndi
Şalvarı...
FIRTINAQUŞU
Fırtına vaxtı
Fır-fır
Fırlanar
Fırtınaquşu.
Fırfıra kimi
Fırladar göydə
Fırtına quşu!