Ələsgər Əlioğlu : - ÇOBAN QARDAŞ

Ələsgər ƏLİOĞLU
Ayaq saxla. sözlərimə məhəl ver,
Qayaları dolanmağa kəhər ver.
Üzəngisiz bacarmaram...
Yəhər ver,
Səni tapdım istəyimi gördünmü!
Uçqunları yaman olar dağların,
Hərdən beyni qanla dolar dağların.
Demirdimmi xatası var dağların,
Duman kəsdi yedəyimi, gördünmü!
İnciyərəm hisslərimi göynətsən,-
Bir quzunu itkin salıb mələtsən...
Bu yerlərə axı yaxşı bələdsən,
Çoban qardaş, ürəyimi gördünmü?..
1979