Ələsgər ƏLİOĞLU _ ALBOMA BAXIRAM...

Ədəbiyyat 08:40 / 13.10.2025 Baxış sayı: 2015

 

Alboma baxıram,

Təbəssümündən

Bu soyuq otağım isinir necə...

Alboma baxıram,

Kövrəlirəm mən,

Buluda dönməyim gəlir bu gecə...

Buluda dönməyim gəlir bu gecə,

Yağım sənsizliyin vadilərinə.

Tənhalıq qütbündən mən keçə-keçə,

Sərinlik ələyim qəm-qəhərimə..

Sərinlik ələyim qəm-qəhərimə,

Şəkillərin mənlə küssün- barışsın...

Neyləyə bilərəm,

Sənin yerinə,

Barı şəkillərin dinsin,danışsın...

24.12. 2024