Ələddin Əzimli - " DO "-DAN " RE "-YƏ

Ədəbiyyat 09:43 / 07.10.2026 Baxış sayı: 1431

 

"Çox uzundur bu yo... "

misrasını tamamlaya bilmədim.

Qoca bir sərçə gözlənilmədən

" O " hərfinin üstünə qondu,

yerini rahatlayıb oturdu.

Uçmaq fikri yox idu, deyəsən, onun,

Elə bil daşlaşdı, qurudu.

Diqqətlə baxmaq istəyirdim onun sifətinə.

Ancaa bu anda

qoca sərçə də,

sonuncu " O " hərfi də

qəfildən başladı tüstülənməyə.

Mən gözlərimi silincə,

özümə gəlincə

tüstü qatılaşdı.

Nə "O "-nu,

nə də sərcəni görə bilmədim.

" DO "-dan " RE "- keçmək istəyirdim,

fikrim baş tutmadı.

Hər şey yarıda qaldı.

"O "-da yandı,

o da, yəni sərçə də yoxa çıxdı.

Məncə,

düşüncələrim elə buradaca bitdi.

Səssiz,

sözsüz,

nöqtə-vergülsüz.

Açığı,

heç nəsiz:-

Sənsiz və

mənsiz.

Bax belə,

vaxt da ötdü səmərəsiz,

qiymətsiz və dəyərsiz.

07. 10. 2026.