Əbülfət Mədətoğlu : - Xəyalımdakı gecə

Ədəbiyyat 11:45 / 02.08.2024 Baxış sayı: 5804

 

Səhərə gör nə qalıb? -

Qalıb bir gecəlik yol...

Gözünü yuxu alıb -

Yat ay gülüm, rahat ol!

 

Mən Ayın bədirlənən

Vaxtına qalacağam...

Yuxunun ətirlənən-

Ləzətin alacağam!

 

Ölçürəm bir gecəlik -

Kirpiklərimlə yolu!..

Açıram sənlə birgə -

Gecəni vüsal dolu...

 

... Arzuladığım gecə,

Xəyalımda süslənir...

Qurduğum səsli saat -

Kirimədən səslənir!..