Əbülfət Mədətoğlu : - Susduğum anın ŞEİRİ
Susmuşam... ürəyimi -
yarpaq, yarpaq kəsirəm...
Tənhalığın əlində -
yarpaq kimi əsirəm!..
Kədər lövbər salıbdı ,
ağrılar da yurd yeri...
Yadımda bir ad qalıb -
sonuncu Umud yeri!..
Ruhumun tül üzünü -
damlalar naxışlayıb...
Bu qıza gül üzünü -
Yaradan bağışlayıb!..
Susmuşam ... öz içimin
divarının dibində...
Gülür mənə , uzaqdan -
təklik , əli cibində!..