Əbülfət Mədətoğlu : - Qısqandım

elə şirin yatmısan
yatağına qısqandım...
sığındığın hücrənə -
otağına qısqandım...
oxşadığın hər gülün
bir-birindən tər gülün...
yazındakı vergülün-
butağına qısqandım...
könlündə göyərtdiyin
məni də göynətdiyin...
üzümü öyrətdiyin -
dodağına qısqandım!