Əbülfət Mədətoğlu : - Qəmin bildiyi iş

Hər dua Allaha salam,
hər dua yerdən qaçmaqdı...
Ümüdin işıq yolunu -
təzə sətirdən açmaqdı...
Səsdi, ündü öndə gedən,
ahlarımı öndər edən...
Bir ip ucu göndər, gedən -
De, bu hala acımaqdı!..
"Ol!"-maq həyata girişdi,
bir-birin kəsən kirişdi!
Qəmin bildiyi bir işdi -
o da ürəyi sancmaqdı!