Əbülfət Mədətoğlu : - Ovudur

Küsəyən uşaq təbimi
Yanaqdakı iz ovudur...
Ağrılar alır səbbimi -
Əl çırpdığım diz ovudur!
Bəyazlaşıb saçın dəni
Tündləşibdi gözün çəni!..
Unutdurub "məni" , "səni" -
"Biz"-ləşən o "biz!" ovudur!
Qopub daha qayadan sal,
Xərc yolunu mayadan sal!..
Gəl, həsrəti tayadan sal -
De, səni bu, qız ovudub!
Bütün reaksiyalar:
25Əlizadə Nuri, Şakir Xanhüseyn və başqa 23 nəfər