Əbülfət Mədətoğlu : - Elə bil ki, quyudayam...
Çarxı dönüb yenə köhnə qədərin,
Sıxır məni caynaqları kədərin...
Nəfəs aldım - nə dayazdı, nə dərin -
Anlaşmağa çalışıram özümlə!..
Elə bil ki, quyudayam - yerim dar,
(Bəlkə buna sevinim ki, yerim var?!)
Gör üstümə , yayda necə yağır qar -
Əridirəm nəfəsimlə, gözümlə!..
Nazilibdi, tük kimidi "ah" sapı,
Qarışdırıb ağ tük ilə ağ sapı !..
Mənim bəxtim niyə belə axsadı -
Ayaqlaşmır qələmimlə, sözümlə!..
Susur hələ, bu düyünü "aç! " deyən,
"Dur özündən, sən özünə qaç"- deyən!
Şükürlərki, inadım var - daşdöyən -
Dil tapıram külümlə, həm közümlə!..