Əbülfət Mədətoğlu : - Elə...

İlahi, səbir payımı
Bir az da səbirsiz elə...
Cütlənmiş həyat zərimi -
Bir yol da " sə bir"-siz elə...
Şehlə yu üzgün könlümü,
Yorulmuş, küsgün könlümü...
Çat vermiş güzgün könlümü -
Nə sirli, nə sirsiz elə!..
Dözümümün bitən günü,
Ahım sənə yetən günü...
Məni sevgi didərgini -
Həsrəti qəbirsiz elə...