Əbülfət Mədətoğlu : - Çətin ki...

Ruhumu saz etməyə,
Ən xoş avaz etməyə...
Bu qışı yaz etməyə -
Çətin ki, gücüm çatsın...
Ahlarım ahıllanıb,
Bir az da ağıllanıb...
Canımda ağrı qalıb -
Çətin ki, gücüm çatsın!..
Dizim tez-tez yer öpür,
Deyir mənə gör, götür...
Üstümdən sevgi ötür -
Gedir ki, dinclik tapsın!