Əbülfət Mədətoğlu : - Bu gecə...

Ədəbiyyat 08:49 / 11.09.2023 Baxış sayı: 553

 

Bu gecə ibadəti ,

ancaq sözə edirəm...

Ürəyimdə qorranan -

oda, közə edirəm!..

 

Xəyalım ləpələnib,

sayıram - qəlpələnib!..

Gör necə təpələnib -

enib , düzə gedirəm...

 

Yolun yükün görürəm

yük kəndirin hörürəm...

Üzü geri dönürəm -

Allah, Sizə gedirəm!