Əbülfət Mədətoğlu : - Allaha oxunan şeir

Mən bəndənin Sən Rəsula,
Diləyin bağışla, qula!
Ürəyimi şumla, sula -
Dualarım çiçəkləsin!..
İzin almadan heç kimdən,
Qayıdıb xəyal biçindən!..
Seçib səslərin içindən -
Sənə aid çiçək səsin!..
Tellərini gözüm sayır,
Mənim üçün üç tel ayır!
Əl toxunub üzə yayır -
Hiss eləyir çiçək nəsim!
Bərə qurur ah!- da canda
Candan cana axan qanda!..
Əbülfət deyir, cahanda -
Bəsimdi, bir çiçək, bəsim!..