DİN-in  şöbə   rəisi  xəbərdarlıq etdi

HÜQUQ, Gündəm 10:54 / 24.11.2022 Baxış sayı: 460

 

"Sürücülərin, xüsusilə xanım sürücülərin diqqətinə! Yolayrıclarında, parkinq və dayanacaqlarda şəxsi əşyalarınızı  avtomobilin görünən yerlərində - oturacaqların üstündə saxlamayın".

Yenises.az  "Unikal"-a  istinadla  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi bildirib ki, bu hal, həmin əşyaların talanması ilə nətilənə bilər:

"Avtomobildən düşərkən qapıları və şüşələri bağlamağı unutmayın. Avtomobilləri  işıqlandırılan, müşahidə kameralarının olduğu küçə və mühafizə olunan dayanacaqlarda saxlamağa üstünlük verin".