DİN 5 nəfər öldüyü yol qəzası ilə bağlı məlumat yaydı

HÜQUQ 09:56 / 22.05.2023 Baxış sayı: 387

 

Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəsarət alan 1 nəfər Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.