DARIXIRAM -yazdı   Sevil Azadqızı

Ədəbiyyat 08:41 / 07.10.2026 Baxış sayı: 1470

 

Buludlar töküb qaşqabaq,

Sənsiz yaman darıxıram.

Kədər yağır qucaq-qucaq,

Sənsiz yaman darıxıram.

 

Əlim çatmır, yollar uzaq,

İçimdə bir ac yalquzaq.

Demişdin bir şeir yazaq,

Sənsiz yaman darıxıram.

 

Yollara dikilib gözüm,

Kirpiklərim düzüm-düzüm.

Ümid ver, həsrətə dözüm,

Sənsiz yaman darıxıram.

 

Bir günüm ağ, bir gün qara,

Gözüm gəzir baxsam hara.

Qoyma dərd alıb apara,

Sənsiz yaman darıxıram.

 

 

29.08.2025