Cəlilabad İctimaiyyətinə ağır itki

Gündəm 09:50 / 24.11.2026 Baxış sayı: 716

Cəlilabad İctimaiyyətinə ağır itki üz verib

Yenises.az  Müstəqil.Az-a istinadla   xəbər  verir  ki,  dünən  axşam saatlarında  Cəlilabadın sayılıb seçilən, gənc yaşlarında rayon partiya komitəsində məsul vəzifələrdə çalışmış, uzun müddət müxtəlif sovxoz və idarələrə rəhbərlik etmiş, sonuncu iş yeri Ekologiya və Təbii Sərvətlə nazırliy olan hörmətli ağsaqqalı Qılıncxan Məmmədov vəfat edib. Mərhum sabah, noyabrın 24-də doğma yurdunda, Cəlilabad rayonun Sabirabad kəndində dəfn olunacaq.
P.S.Xatırladaq ki, mərhum keçmiş Sovetlər Birliyində kifayət qədər nüfuz sahibi olan, Bolqarıstanda adına sovxoz olan Sosialist Əməyi qəhrəmanı Dünyamalı Məmmədovun oğlu idi

Allah rəhmət eləsin!