Çavuşoğlu və  Abdullahiyan Tehranla Bakı arasında münasibətləri müzakirə etdi

DÜNYA 18:54 / 18.03.2023 Baxış sayı: 1017

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə İran və Azərbaycanla mövcud əməkdaşlığı müzakirə edib.

Yenises.az xəbər verir ki, Abdullahiyanın daha sıx ikitərəfli əlaqələr, Tehran və Ankara arasında regional səviyyədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi apardıqları vurğulanır.

Mövlüd Çavuşoğlu bildirib ki, Türkiyə İran və Səudiyyə Ərəbistanı arasında 7 illik fasilədən sonra diplomatik əlaqələrin bərpasına dair razılaşmanı alqışlayır.

“O, bu sövdələşmənin müsəlman dünyasının mövqelərinin güclənməsinə və regional problemlərin həllinə kömək etmək üçün İslam ölkələri arasında əməkdaşlığın yaradılmasına gətirib çıxaracağına əminliyini ifadə edib”, - məlumatda deyilir.

Xəbərdə deyilir ki, öz növbəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan qonşular və region ölkələri ilə müsbət qarşılıqlı əlaqələrin regionda sülh və sabitliyin möhkəmlənməsinə, beynəlxalq arenada əməkdaşlığın artırılmasına yol açacağını bildirib.(publika.az)