Çavuşoğlu : - "Türkiyə İrandan baş verən terror aktına aydınlıq gətirməsini gözləyir” 

DÜNYA 19:17 / 30.01.2023 Baxış sayı: 1399

“Türkiyə İrandan Azərbaycan səfirliyində baş verən terror aktına aydınlıq gətirməsini gözləyir”

Yenises.az  "Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

"Qonşu İrandan bu terror aktının səbəblərini və sifarişçilərini aydınlaşdırmasını gözləyirik, istər ayrı-ayrı şəxslər və ya qruplar. Bütün məlumatlar Azərbaycan tərəfinə verilməlidir. Biz bunu vacib hesab edirik. Bütün əli olanlar məsuliyyətə cəlb edilməlidir”.

Türkiyə xarici siyasət idarəsinin başçısı habelə vurğulayıb: "Azərbaycan heç vaxt tək olmayıb və qalmayacaq!"