Bu Yol Zəfər Yoludur - Gəray Göyyurd
jpg-1685013155.jpg)
Bu Yol Zəfər Yoludur
Bu yol zəfər yoludu,
Bu yol hünər yoludu.
Mutlu, xoş gələcəkdən
Gələn xəbər yoludu.
Ana xətti qəlbimdən
Gəlib keçir birbaşa.
Bu yolda ilk moladır,
İlk duracaqdır Şuşa.
Bu yol sülhün, barışın,
Bu yol haqqın yoludu.
Üç yüz milyonluq Türkün-
Böyük xalqın yoludu!
Gəlir çox-çox qədimdən,
Gedir yönü sabaha.
Bu yolun yolçuları
Üz tutubdur Allaha!
Bu yol vatana gedir,
Dinə, imana gedir.
Bu yolu tanıyıram,
Bu yol Turana gedir.