Bəhram Bilaloğlundan   İKİ ŞEİR

Ədəbiyyat 14:32 / 04.05.2025 Baxış sayı: 3577

Göyün üzündəki rəngli buludlar,

Ruhumun eşqinə nəğmə oxuyur.

Gözlərim önünə yağan yağışın,

Axdığı yerləri sevgim toxuyur.

 

Böyüyür gözümdə aldığım eşqim,

Sığınmaz dünyaya, nə də zamana.

Əmanət etdiyim çün o eşqləri,

Q*oruyun, verməyin, heç bir yamana.

 

Odlu alovlardan xilas etmişəm,

Göydə göy qurşağı adını almış.

Uca zirvələrdən ilham gətirən,

Təbimdən süzülmüş,andını almış.

 

Bəlkə,anlamazlar,bu hissi,eşqi,

Ayrıclar içindən qərar vermişəm.

Elə çətinliklər keçib ki, ruhum,

Ruhların içindən fərar vermişəm.

 

Silə bilərsən?!

Keçdi xəyalımdan sənli xatirəm,

Apardı keçmişə, bir də gələrsən.

Bir anı, bir günü yaşasaq belə,

Yaşanan anları silə bilərsən?!

 

Taleyin çiçəyi solanda birdən,

Duydum ayrılıqı, küsdüm də hərdən.

Məhəbbət naminə yazılan dərddən,

Daşınan anları silə bilərsən?!

 

Məni sevgilərdən etməyin xilas,

Qalacam sizlərçün əbədi miras.

Tarixə yazılan eşq adlı qisas,

Daş yonan anları silə bilərsən?!