Bəhram Bilaloğlu - Ruhuma bağlıyam sənlə

 

Ədəbiyyat 13:02 / 04.11.2026 Baxış sayı: 162

Ruhuma bağlıyam sənlə,

Sənsiz ruha yox ehtiyac.

Yoxluqları var edəndən

Bəndələrin qılır rəvac.

 

Şükür açar çiçək dildə,

Tumurcuqlar ömür vaxtı.

Cismin ruha xidmət etsə,

Ruh ucalar qurar taxtı.

 

Min bir həyat dəyişməyə,

Can atdılar,qalmadılar.

Heyrət etdim O kəslərə,

Haqq yolunda solmadılar.

 

Əbədiyyət silinməzdir,

Uğrunda söz yaşayırsa.

Sözün sözdə söz haqqı var,

Haqqın özü daşıyırsa.