Azərbaycan “Azab” kamikadze dronları alacaq? - Hərbi ekspert danışdı 

HÜQUQ 10:20 / 28.03.2023 Baxış sayı: 1200

 

Xəbər verdiyimiz kimi Türkiyə yeni istehsal etdiyi “Azab” adlı pilotsuz uçuş aparatını ictimaiyyətə təqdim etdi. 

Bəs görən gələcəkdə “Azab”dan Azərbaycan Ordusunun arsenalında istifadə edilə bilərmi? 

Yenises.az  bildirir  ki, Adalet.az-ın sualını cavablandıran hərbi ekspert Azad İsazadə istehsal edilən müasir silahlarla dövlətimizin maraqlandığını bildirdi:

“Azab”dan bizim ordunun istifadə edəcəyini demək tezdir. Çünki hansısa təzə silah istehsal edilirsə, onun qarşısını almaq üçün radioelektron cihaz da hazırlanır. “Bayraktar”ları Ukraynada geniş istifadə edirlər. Amma Qarabağda və Liviyada o effekti vermir. Çünki Rusiya radioelektron müdafiəsini elə qurub ki, “Bayraktar”lara qarşı istifadə edir. Rusiyanın İrandan aldığı kamikadze dronlarını ukraynalılar çox müvəffəqiyyətlə vura bilir. Amma bu əvvəl problem idi. Yəqin ki, biz də yeni dronlardan alıb istifadə edib yoxlaya bilərik. Bununla yanaşı, Azərbaycan özü də İsraillə birgə layihəsi çərçivəsində kamikadze istehsal edir. Biz Türkiyə silahlarından geniş istifadə edirik. Onsuz da silah üzərində daimi iş gedir”. 

Qeyd edək ki, “Azab” adlanan PUA-nın iki növü mövcuddur. Döyüş başlıqları dəyişdirilə bilən kamikadze PUA-sının yük daşıma özəlliyi var. “Azab-200” 15 kiloqrama qədər, “Azab-150″ isə 3 kiloqram faydalı yük daşıya bilir.