Ayxan Hacızadədən Finlandiya səfirinə cavab: "İkiüzlülükdən başqa bir şey deyil"

SİYASƏT 10:06 / 03.10.2023 Baxış sayı: 1711

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Finlandiyanın Azərbaycanda, eyni zamanda Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinenin iddialarına cavab verib.

Yenises.az-ın məlumatına görə, A.Hacızadə bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

“Ermənistan azərbaycanlılara qarşı çoxsaylı vəhşiliklər törədib, Azərbaycan isə heç vaxt erməni vətəndaşlarını hədəfə almayıb, əksinə, onların reinteqrasiyası üçün təhlükəsiz mühit təmin edib. Birləşmiş Millətlər Təşkilatı, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, Beynəlxalq Qızıl Xaç Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanın erməniləri zorla çıxarmadığını təsdiqləməsinə göz yummaq ikiüzlülükdən başqa bir şey deyil”, - deyə mətbuat katibi qeyd edib.