Ağdamda ekskavator MİNAYA DÜŞDÜ

MƏMLƏKƏT, Gündəm 19:07 / 18.03.2023 Baxış sayı: 1099

Ağdamda ekskavator minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Yenises.az-a bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Belə ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib. E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.