Ağamir Cavad : - TƏRƏFƏ

Ədəbiyyat 20:39 / 29.06.2025 Baxış sayı: 757

 

Ucalıq dağ başındadır,

Yolum düşüb ah tərəfə.

Gecələr keşik çəkirəm,

Gedirəm sabah tərəfə.

 

Məni dərdlə yaşatdılar,

Sazla, sözlə daşıtdılar.

Savabıma daş atdılar,

Keçmədim günah tərəfə.

 

Min dağ aşıb, min yol keçdim,

İnsanlığı haqla ölçdüm.

Buta aldım, şərab içdim,

Üz tutdum Allah tərəfə.