Afik   MUXTAROĞLU : - Dönəcək

Ədəbiyyat 14:59 / 31.01.2023 Baxış sayı: 1437

***

Hər dəfə çəkiyə çəkilmərikmi?

Xəzəl tək yerlərə tökülmərikmi?

İlmə düşsə ömrə sökülmərikmi?

Əzilib bir nimdaş əskiyə dönsək.

 

İtən nişanımız, enimiz artmaz,

Köhnəmiz bilinməz, yenimiz artmaz.

Boyumuz uzanmaz, enimz artmaz,

Kiçilib, bir qırıq üsküyə dönsək.

 

Dəyişməz adamı nə bər, nə bəzək,

Lap canımız çıxsın bir ömür dözək;

Yığılan deyil ha tökülən çözək,

Keçmişə qayıtsaq, əskiyə dönsək.