Adilə Nəzər- Ucadan aşağı enən

Ədəbiyyat 11:12 / 08.09.2026 Baxış sayı: 187

***

Ucadan aşağı enən,

Ruhundan bədənə sinən,

Birinci özündən dönən

İnsan, insan, insan...

 

Yolundan, izindən sapan,

Axtarıb hər şeyi tapan,

Qoyub getdiyi özünü,

Dönüb yerində tapmayan

 

İnsan, insan, insan...

Bugünü dünən boşayan,

Köhnə yarasın qaşıyan,

Olub ölənlər içində,

 

Yüzundən biri yaşayan,

İnsan, insan, insan...

Könül qapısın bağlayan,

Gecə-gündüz qan ağlayan,

İpin ÖZünə bağlayan,

İnsan, insan, insan...