Adilə Nəzər : - DAHİ

Ədəbiyyat 11:35 / 10.05.2025 Baxış sayı: 1338

 

Gətirdin bu milləti çətində bir araya.

Səndən başqa yox idi gələn o vaxt haraya.

Adına güvənirdi, ər oğlu ər deyirdi..

İnsanlar bir ağızdan

Hamı "Heydər!"- deyirdi.

Biri sola çəkirdi, biri sağa bu yurdu,

Tək sənin gücün çatdı qorumağa bu yurdu.

Hətta uzaqlarda da oldun, amma yenə də,

Bu torpağın üstündən çəkilmədi bir əlin..

Ucadan da ucadı qəlbimizdə heykəlin..

Gəldin vətənimizə arzu, niyyət gətirdin.

Əməlinlə, işinlə əbədiyyət gətirdin.

Sənin adına bağlı ən böyük yüksəlişlər,

Bütün ülvi gedişlər, bütün vüqarlı işlər.

Hələ də alqışlayır sənin əməllərini,

İllər keçsə unutmaz bu xalq öz öndərini.